School-lyceum N83
An eTwinning blog
13 Aralık 2022 Salı
9 Aralık 2022 Cuma
Bakı şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində olan ümumi təhsil müəssisələrinin
müəllimlərinin iştrakı ilə 2022 ci ilin noyabr-dekabr aylarında “Biliyini
Paylaş “layihəsinə start verilmişdi. Layihə
2 mərhələdən ibarətdir.Birinci mərhələdə məqsəd layihə əsaslı təhsil barədə məlumatı
olan,dərs prosesində layihə əsaslı öyrənməni tətbiq etməyi bacaran müəllimləri
müəyyənləşdirməkdir.Bu mərhələdən uğurla keçən müəllimlər “Biliyini paylaş “layihəsinin iştirakçısı
olur.
Məktəbimizin ingilis dili müəllimi Aybəniz Məmmədova
ikinci mərhələdə iştirak etmək hüququ qazanmışdır.
4 Mayıs 2022 Çarşamba
Live Green, Save Green eTwinning project
Türkiyəli həmkarlarımız Arsez Akgüngör və Havva Kurum tərəfindən yaradılan "Live Green, Save Green" eTwiining layihəsində 83 N-li məktəb-liseyin 2 ingilis dili müəllimi Eminova Səbinə və Məmmədova Aybəniz öz şagirdləri ilə iştirak edirlər. "Live Green, Save Green" eTwiining layihəsi digər canlılarla paylaşdığımız ətraf mühiti tanıyaraq, dəyərləndirərək və qoruyaraq ekoloji şüurun artırılmasını hədəfləyən bir layihədir. Layihə 2022-ci ilin fevralında başlayaraq həmin ilin mayında başa çatdı. Layihədə şagirdlər onları əhatə edən canlıları tanıdı, çiçəklər əkərək məktəb bağçalarını gözəlləşdirdi. Layihənin əsas məqsədi ətraf mühitin təmizlənməsi və təkrar emalı ilə ekoloji maarifləndirmə yaratmaq, təbiətə və heyvanlara sevgi aşılamaq olduğu üçün sonda bütün bu fəaliyyətlərlə müəllim və şagirdlərin məqsədlərinə çatdığıni deyə bilərik. Məktəbimizin şagirdləri Türkiyədən və Avropadan olan həmyaşıdları ilə ortaq fəaliyyətlərdə, vebinarlarda iştirak edərək bu məqsədə çata bildilər. Layihədə Azərbaycanla birlikdə Türkiyədən, Polşadan, Xorvatiyadan, Bolqarıstandan, Serbiya və Moldovadan müəllim və şagirdlər iştirak edirdi.İştirakçılara bol keyfiyyət nişanları arzulayırıq.
30 Nisan 2022 Cumartesi
Digital English
Oktyabr ayında Bakıda keçirilən "Media Savadliliği və Dezinformasiya" adlı ikitərəfli seminarda Türkiyənin Giresun şəhərindən olan ingilis dili müəllimi Gülfidan Aydın və Bakı şəhəri , 83 N-li məktəb-liseyin ingilis dili müəllimi Səbinə Eminova ilə birlikdə "Digital English " adlı eTwinning layihəsinin əsasını qoydular. Bu layihənin əsas məqsədi İngilis dilini inkişaf etdirərək müxtəlif veb2.0 alətlərindən istifadə etməklə şagirdlərdə media savadlılığını atrirmaqdır. Layihə noyabr ayında başladı və aprelin sonunadək davam etdi. Burada Azərbaycan, İtaliya, Portuqaliya, Türkiyə, Yunanıstan, Çexiya və Rumıniyadan olan 13 müəllim burada iştirak edirdi. Layihədə şagirdlər müxtəlif veb 2.0 alətlərindən istifadə edərək oyunlar hazırladılar, Avropa ölkələrindən olan həmyaşıdlarının hazırladıqları oyunları oynadılar, Media savadlılığı və Dezinformasıya, internet təhlükəsizliyi haqqında infoqrafiklər yaratdılar, forumda müxtəlif mövzularda fikirlərini bildirdilər, onlayn görüşlərə qatıldılar və bu görüşlər zamanı ingiliscə fikirlərini bildirdilər və əylənərək ingilis dili səviyyələrini artırdılar. Sonda layihə iştirakçıları yenidən eTwinning layihələrinə böyük həvəslə qatılacaqlarını bildirdilər.
5 Mayıs 2021 Çarşamba
eTwinning portalinda tədbirlər seriyası
83 N-li məktəb-liseyin ingilis dili müəlimi Nüşabə Musayeva ard arda müxtəlif tədbirlər həyata keçirmişdir
.https://live.etwinning.net/events/event/208178
19 Nisan 2021 Pazartesi
eTwinning portalında "Dünya Yer Günü"nə aid tədbirimizdən
https://live.etwinning.net/events/event/201458
Tədbirdə müxtəlif ölkələrdən 343 istirakçı var. İştirakçılar öz şagirdləri ilə mövzu üzrə tədbirlər keçirəcək və keçirdikləri tədbirlərdən çəkilmiş fotoşəkilləri aşağıda verilmiş Padlet linkinə əlavə edəcəklər.
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...
-
"Start writing no matter what " adlı eTwinning layihəsində ortaq Comicslər kitabı yaradıldı. Kitabın yaradılmasında layihədə iş...
-
"SİNFİMDƏ WEB 2.0 İLƏ SƏNƏT - ART WİTH WEB 2.0 İN MY CLASS" ADLI ETWİNNİNG LAYİHƏSİNİN ŞAGİRD - MÜƏLLİM VEBİNARI 21.12.2020 tari...
-
Məktəbimizin ingilis dili müəllimləri : Eminova Səbinə və Məmmədova Aybəniz eTwinning live portalında təşkil olunan professional öyrədici ...










