17 Ocak 2021 Pazar

Sınfımda web 2.0 ile sanat- Müəllim görüşməsi

 Bu gün quruculuğunu Türkiyəli ortağım Zeliha Arda Gür  ilə birlikdə həyata keçirdiyimiz "Sınıfımda web 2.0 ile sanat-art with web 2.0 in my class" eTwinnig layihəmizin müəllimləri ilə söhbət odasında danışdıq və ortaq iş olaraq hansı web 2.0 alətindən istifadə edəcəyimizə qərar verdik.







14 Ocak 2021 Perşembe

eTwinning plus portalında tədbir

eTwinning plus portalında məktəbimizin ingilis dili müəllimi Səbinə Eminova  "Red Carnation Day in Azerbaijan"adlı tədbirhazırlamışdır. Tədbir 20 Yanvar haqqındadır və müxtəlif ölkələrdən müəllim və şagirdlərin təqdimatları gözlənilir. Məqsəd 20 Yanvar şəhidlərimizi anmaq və bir millətin öz azadlığı uğrunda necə mübarizə aparmasını göstərməkdir.




 

11 Ocak 2021 Pazartesi

"Start Writing No Matter What" layihə müəllimlərinin görüşü

 10. 01.2021 tarixdə "Start Writing No Matter What" eTwinning layihəsinin yanvar ayı müəllimlər görüşü keçirildi. Müxtəlif ölkələrdən olan ortaqlar birlikdə ortaq hekayə yazma fəaliyyətini planlaşdırdılar. Görüşdə Türkiyədən olan layihə qurucuları Şule Demir və Şerife Ünal Seyran və bir neçə Türkiyəli ingilis dili müəllimləri, eləcə də Polşa, Rumıniya, İspaniya, Portuqaliya, Ukraynadan və Azərbaycandan da məktəbimizin ingilis dili müəllimləri Səbinə Eminova və Aybəniz Məmmədova iştirak edirdilər. Sonda ortaq qərarlar qəbul edildi.



6 Ocak 2021 Çarşamba

Oriqami Düzəldərkən

 Sınfımda Web 2.0 ile Sanat- Art with web 2.0 in my class layihəmizdə şagirdlərimiz balıq və it oriqamiləri düzəltdilər.



5 Ocak 2021 Salı

Web 2.0 alətindən istifadə edərək şagirdlərimizin Yeni il təbrikləri.

 SINIFIMDA WEB 2.0 İLE SANAT ETWİNNİNG layihəsində şagirdlərimiz Chatterpix alətindən istifadə edərək Yeni il təbriklırini səsləndirdilər.



"Start writing no matter what " adlı layihəsində ortaq komics kitabı

 "Start writing no matter what " adlı  eTwinning layihəsində ortaq Comicslər kitabı yaradıldı.  Kitabın yaradılmasında layihədə iştirak edən bütün məktəblərin şagirdləri canla- başla fəaliyyərt göstərdilər. Əvvəlcə bir vebinar təşkil olunaraq səsvermə yolu ilə komiksi yazacaq müxtəlif ölkələrdən şagird qrupları seçildi. Seçilən qruplar növbələşərək komiksləri yazmağa başladı.Hər qrup  öz hekayəsini ondan əvvəl yazılmış hekayənin məntiqi ardıcıllığı olaraq yazdı.Sonda möhtəşəm bir hekayə kitabı meydana çıxdı.












4 Ocak 2021 Pazartesi

Ortaqların görüşü

Start Writing No Matter What eTwinning layihəsinin partnyorlarının görüşü təşkil olundu. Türkiyə, Azərbaycan, Ukrayna, Portuqaliya, Polşadan olan ortaqlar görüşərək layihənin növbəti fəaliyyətlərini müzakirə etdilər.



eTwinning portalinda tədbir

 eTwinning portalında 83 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Səbinə Eminovanın yaratdığı "Heroes never die" mövzusunda onlayn tədbirdə müxtəlif ölkələrdən 97 iştirakçı iştirak edir.






"Sinfimdə web 2.0 ilə sənət - Art with Web 2.0 in my class" layihəsinin müəllim şagird vebinarı

 21.12.2020 tarixində quruculuğunu 83 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Səbinə Eminova və Qardaş Türkiyənin Şeyx Edebali Universiteti anaokulunun müəllimi Zeliha Gürün birlikdə həyata keçirdiyi "Sinfimdə web 2.0 ilə sənət - Art with Web 2.0 in my class" adlı eTwinning layihəsinin şagird - müəllim vebinarı təşkil olundu. Vebinarda layihənin ortaqları 83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Aybəniz Məmmədova, Türkiyəli müəYüksəl, Nisa Maide Sağlam Kızıltaş, Lənkəran şəhər 5 N-li məktəbin müəllimi Hüriyyet Kələntərova və onların şagirdləri iştirak edirdi. Türkiyəli rəssam Hasan Mirzanın da qonaq qismində dəvət edildiyi görüşdə iştirakçılar onun emalatxanasına virtual səyahət etdilər və onun əsərlərinə tamaşa etdilər. Türkiyəli rəssam şagirdləri maraqlandıran sualları cavablandırdı. Sonda uşaqlar rəssamla birlikdə rəsm çəkdilər.










Yeni eTwinningçilərlə təlim

 27.12.2020 tarixdə Səbinə Eminova və Aybəniz Məmmədova 83 nömrəli məktəb-liseyin yeni eTwinning üzvləri ilə görüş keçirdik. eTwinningdə yeni olan müəllimlərimizə portaldan istifadə haqqinda geniş izah verdik.

Müəllimlərimizə uğurlar və bol Keyfiyyət nişanlı layihələr arzulayırıq. Ədibə müəllimə, Mehri müəllimə, Səyyarə müəllimə və Nüşabə müəllimə eTwinningdə yolunuz daima açıq olsun. #eTwinning2020#

Layihə partnyorlarının Yeni il təbrikləri

 #eTwinning2020#



Quruculuğunu Türkiyədən olan arkadaşım
Zeliha Arda Gür
la birlikdə həyata keçirdiyimiz "Sınıfımda web 2.0 ile sanat-art with web 2.0 in my class" #eTwinning layihəmizin partnyor müəllimlərin Yeni il təbrikini təqdim edirik.




Bürünc eTəhlükəsizlik nişanı

 

ONLAYN TƏHLÜKƏSİZLİK PORTALINDA BÜRÜNC NİŞAN QAZANİLİB.

Azərbaycan Təhsil Nazirliyi nəzdində olan eTwinning plus Azərbaycan layihəsi çərçivəsində  eTwinning məktəbi adını qazanmaq üçün daha bir uğurlu addım atıldı. H. Hüseynov adına 83 nömrəli  məktəb-lisey Onlayn Təhlükəsizlik portalında Bürünc Nişana layiq görüldü. Qeyd edək ki, adı çəkilən portal tədris və öyrənmə təcrübəsinin bir hissəsi olaraq onlayn texnologiyaya etibarlı giriş üçün təhlükəsiz və zənginləşdirilmiş bir mühit təmin etməyi hədəfləyən məktəblər üçün Avropa səviyyəsində bir akkreditasiya və dəstək xidmətidir.




"SİNFİMDƏ WEB 2.0 İLƏ SƏNƏT - ART WİTH WEB 2.0 İN MY CLASS"

 

"SİNFİMDƏ WEB 2.0 İLƏ SƏNƏT - ART WİTH WEB 2.0 İN MY CLASS" ADLI ETWİNNİNG LAYİHƏSİNİN ŞAGİRD - MÜƏLLİM VEBİNARI

21.12.2020 tarixində  83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Səbinə Eminova və Qardaş Türkiyənin  Şeyx Edebali Universiteti anaokulunun müəllimi Zeliha Gürün birlikdə həyata keçirdiyi "Sinfimdə web 2.0 ilə sənət - Art with Web 2.0 in my class" adlı eTwinning layihəsinin şagird - müəllim vebinarı təşkil olundu. Vebinarda layihənin ortaqları  83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Aybəniz Məmmədova, Türkiyəli müəllimlər Filiz Azkaç Alıcı, Esra Yüksəl, Nisa Maide Sağlam Kızıltaş, Lənkəran şəhər 5 N-li məktəbin müəllimi Hüriyyet Kələntərova və onların şagirdləri iştirak edirdi. Türkiyəli  rəssam  Hasan Mirzanın da qonaq qismində dəvət edildiyi görüşdə iştirakçılar onun emalatxanasına virtual səyahət etdilər və onun əsərlərinə tamaşa etdilər. Türkiyəli rəssam şagirdləri maraqlandıran  sualları cavablandırdı. Sonda uşaqlar rəssamla birlikdə rəsm çəkdilər.

eTwinning MƏKTƏBİ

 

" ETWİNNİNG MƏKTƏBİ " MÜSABİQƏSİ

" eTwinning Məktəbi " müsabiqəsinə artıq start verilmişdir. Müsabiqənin I mərhələsində  məktəblər eTwinning portalı üzrə müəyyən edilmiş meyarlara əsasən seçilmişdir. Azərbaycandan 21 məktəb növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır.  Bu məktəblərin sırasında H. Hüseynov adına 83N-li məktəb liseyin də adı var. Məktəbimizin ingilis dili müəllimləri S. Eminova və A. Məmmədova bu il artıq iştirak etdikləri layihələrdən 6 Milli və 6 Avropa Keyfiyyət nişanları ilə təltif olunublar. 
II mərhələdə Müraciət üçün son tarix 8 Fevral 2021 - ci ildir. " eTwinning Məktəbi "  müsabiqəsində məktəbimizə uğurlar arzulayırıq.

eTwinning layihələrindən qazandığımız Keyfiyyət nişanları

 

MİLLİ VƏ AVROPA KEYFİYYƏT NİŞANLARI

2020 - 2021 tədris ilində 83 nömrəli  məktəb- liseyin ingilis dili müəllimləri Eminova Səbinə və Məmmədova Aybəniz dərs dedikləri müxtəlif siniflərlə eTwinning çərçivəsində bir neçə layihə həyata keçirirlər. Layihələr bunlardır :"  Sınıfımda web 2.0 ile sanat-Art with Web 2.0 in my class", "Start Writing No Matter What", "We are Ready to live in the digital world", "English Game Experts", "Our City". Layihələrdə iştirak edən şagirdlər müxtəlif üsullarla ingilis dili səviyyələrini artırır, kommunikativ bacarıqlara yiyələnir, müxtəlif web 2.0 alətlərindən istifadə edir və canlı vebinarlarda müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qururlar. Keçən tədris ilində müəllimlərimiz və şagirdlərimiz eTwinning layihələrində iştiraklarına görə Milli və Avropa Keyfiyyət Nişanları ilə təltif olunmuşlar. Bu ilki layihələrdə onlara daha da böyük uğurlar arzulayırıq.

"KORONALI GÜNLƏRDƏ ƏYLƏNCƏLİ EV OKULUM" LAHİYƏSİ

 

"KORONALI GÜNLƏRDƏ ƏYLƏNCƏLİ EV OKULUM" LAHİYƏSİ DAVAM EDİR

83 nömrəli məktəb -liseyin İngilis dili müəllimləri Səbinə Eminova və Aybəniz Məmmədova 6a sinfinin şagirdləri ilə birlikdə qurucuları Türkiyəli müəllimlər: Arsez Akgüngör və Zeyneb Erciyiyas Toz olan "Koronalı Günlərdə Əyləncəli Ev Okulum" eTwinning layihəsində iştirak edirlər"Koronalı Günlərdə Əyləncəli Ev Okulum" layihəyədə Türkiyədən 9  (1.Fatma Güzeller- Alaaddin Keykubat İlkokulu, 2.Emel Şahin - Altınşehir İlkokulu, 3.Lale Erdoğan -Akşemsettin İlkokulu, 4.Esma Kara –Doğa İlkokulu,5. Havva Kurum- Söğütlüçeşme İlkokulu, 6.Müjgan M. Tali -Tüccar ve Sanayiciler Derneği İlkokulu, 7. Filiz Uysal - Zühtü Şenyuva İlkokulu, 8.Zeynep Erciyaz Toz -Yeni Mahalle İlkokulu (Kurucu), 9.Arsez Akgüngör -Toki Şehit Er Yılmaz Özdemir İlkokulu (Kurucu)), Azərbaycandan 6 (1.Aybeniz Mammadova – Bakı şəhəri 83 nömrəli məktəb-lisey 2. Sabina Eminova - Bakı şəhəri 83 nömrəli məktəb-lisey 3.Hürriyet Kelentorava - Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəb 4.Khatira Malikova – İsmayıllı rayon Tircan kənd tam orta məktəbi, 5.Jamilo Bayramova – Bakı şəhəri 220 nömrəli tam orta məktəb 6.Tarana Mammadova -İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəb) müəllim qatılmışdır."Koronalı Günlərdə Əyləncəli Ev Okulum" lahiyəsində məqsəd   COVİD 19 virusuna görə təhsildə verilmiş məcburi fasilə zamanı şagirdlərimizin evdə qalmaq məcburiyyətində olduqları müddətdə dərslərdən geri qalmadan və   canları sıxılmadan elm, sənət, yaradıcılıq, əyləncə, istehsal, yenilik, oyun əlavə edərək distant təhsili məhsuldar etməkdir. Beləliklə, şagirdlərimiz təhsillərini davam etdirə və elm, sənət, oyun və müxtəlif fəaliyyətlərlə əylənə biləcəklər. "Koronalı Günlərdə Əyləncəli Ev Okulum"  Layihsi boyunca şagirdlərimiz Türkiyəli yoldaşları ilə birlikdə  müxtəlif ortaq fəaliyyətlərə qatılırlar."Koronalı Günlərdə Əyləncəli Ev Okulum" Layihsi barədə Türkiyə televiziyası ATV xəbər proqramında məlumat verilmişdir.

 

İKİ YENİ BEYNƏLXALQ LAYİHƏ

 

" NATURE WARRİORS " VƏ "BAĞIMSIZLIK NİŞANIMIZ " ADLI İKİ YENİ BEYNƏLXALQ LAYİHƏ

83 nömrəli məktəb- liseyin ingilis dili müəllimləri - Aybəniz Məmmədova və Səbinə Eminova eTwinning çərçivəsində məktəb-liseyin 1b və 3 b sinif şagirdlərinin iştirak edəcəyi " Nature Warriors " və "Bağımsızlık Nişanımız " adlı 2 yeni beynəlxalq layihəyə qoşulmuşlar . Bu məqsədlə valideynlərlə görüşlər keçirilmiş, onlara layihələr haqqında geniş məlumat verilmişdir. Valideynlər övladlarının layihədə iştirakına dair icazə ərizələrini imzalamışlar.

  <iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...