Türkiyəli həmkarlarımız Arsez Akgüngör və Havva Kurum tərəfindən yaradılan "Live Green, Save Green" eTwiining layihəsində 83 N-li məktəb-liseyin 2 ingilis dili müəllimi Eminova Səbinə və Məmmədova Aybəniz öz şagirdləri ilə iştirak edirlər. "Live Green, Save Green" eTwiining layihəsi digər canlılarla paylaşdığımız ətraf mühiti tanıyaraq, dəyərləndirərək və qoruyaraq ekoloji şüurun artırılmasını hədəfləyən bir layihədir. Layihə 2022-ci ilin fevralında başlayaraq həmin ilin mayında başa çatdı. Layihədə şagirdlər onları əhatə edən canlıları tanıdı, çiçəklər əkərək məktəb bağçalarını gözəlləşdirdi. Layihənin əsas məqsədi ətraf mühitin təmizlənməsi və təkrar emalı ilə ekoloji maarifləndirmə yaratmaq, təbiətə və heyvanlara sevgi aşılamaq olduğu üçün sonda bütün bu fəaliyyətlərlə müəllim və şagirdlərin məqsədlərinə çatdığıni deyə bilərik. Məktəbimizin şagirdləri Türkiyədən və Avropadan olan həmyaşıdları ilə ortaq fəaliyyətlərdə, vebinarlarda iştirak edərək bu məqsədə çata bildilər. Layihədə Azərbaycanla birlikdə Türkiyədən, Polşadan, Xorvatiyadan, Bolqarıstandan, Serbiya və Moldovadan müəllim və şagirdlər iştirak edirdi.İştirakçılara bol keyfiyyət nişanları arzulayırıq.
Kaydol:
Yorumlar (Atom)
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...
-
"Start writing no matter what " adlı eTwinning layihəsində ortaq Comicslər kitabı yaradıldı. Kitabın yaradılmasında layihədə iş...
-
"SİNFİMDƏ WEB 2.0 İLƏ SƏNƏT - ART WİTH WEB 2.0 İN MY CLASS" ADLI ETWİNNİNG LAYİHƏSİNİN ŞAGİRD - MÜƏLLİM VEBİNARI 21.12.2020 tari...
-
Məktəbimizin ingilis dili müəllimləri : Eminova Səbinə və Məmmədova Aybəniz eTwinning live portalında təşkil olunan professional öyrədici ...
