4 Ocak 2021 Pazartesi

YENİL İL TƏBRİKİ

 

TÜRKİYƏNİN ERZİNCAN SEHERİNİN DEMİRKENT TOKİ ORTAOKULUNUN YENİL İL TƏBRİKİ

eTwinning çərçivəsində həyata keçirilən LGSurvivors layihəsindən olan qardaş Türkiyənin Erzincan seherinin Demirkent Toki Ortaokulundan olan VIII sinif şagirdləri məktəb- liseyin 8b sinif şagirdlərinə aciqcalar göndərərək onları yeni il münasibətilə təbrik etdilər. Qeyd edək ki, bu açiqcalar uşaqlarin öz əl işi idi və onlar bu yolla Azərbaycandan olan dostlarına öz xoş arzularını catdirdilar.

"NOVRUZ İN EVERY TOWN OF MY LAND" - " ELİMİZƏ NOVRUZ GƏLİR "

 

"NOVRUZ İN EVERY TOWN OF MY LAND" - " ELİMİZƏ NOVRUZ GƏLİR " ADLI ETWİNNİNG LAYİHƏSİ

Fevral ayından başlayaraq məktəbimizin ingilis dili müəllimləri S. Eminova və A. Məmmədova 3 "a" sinfi ilə birlikdə "Novruz in every town of my land" - " Elimizə Novruz gəlir " adlı eTwinning layihəsinde iştirak edirlər. Qeyd edək ki, bu layihədə 49 Azərbaycan, 11 Türkiyə, 1 İordaniya, 1 Slovakiya və 1 Polşa məktəblərinindən 63 istirakcisi var. Layhə boyunca şagirdlər Türk dünyasının ən sevimli və vacib bayramlarından olan Novruz bayramı və bayrama qədər keçirilən çərşənbələr haqqında müxtəlif inanclar, atalar sözləri, mahnılar təqdim edirlər. Təqdimatlar müxtəlif web 2.0 alətləri vasitəsilə həyata keçirilir. İştirakçı müəllimlər və şagirdlər arasında onlayn görüşlər kecirilir. "Elimizə Novruz gəlir "layihəsi xalqımızın milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır. Hal- hazırda layihə onlayn platformada davam etdirilir.
3a sinfinin şagirdləri layihə çərçivəsində öz əlləri ilə səməni hazırlamışlar.

VİDEOKONFRANS

 

BEYNƏLXALQ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ VİDEOKONFRANS

    12.11.2019-cu il tarixində məktəb-liseydə eTwinning çərçivəsində "Let's start from here" layihəsinin iştirakçılarindan olan İtaliya və Ukrayna ilə videokonfrans keçirildi. Esas məqsəd şagirdlərin bir - biri ilə tanış olması və layihə haqqında fikir mübadiləsi aparması idi. Şagirdlər öz ölkələri haqqında məlumat verdilər. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi qərara alındı.

"LGSURVİVORS "

 


ETWİNNİNG ÇƏRÇİVƏSİNDƏ "LGSURVİVORS " BEYNƏLXALQ LAYİHƏSİ

Məktəb-liseyin İngilis dili müəllimləri Eminova Səbinə və Məmmədova Aybəniz 8 b sinfinin şagirdləri ilə birlikdə eTwinning çərçivəsində bir çox Türkiyə məktəblərinin də qoşulduğu "LGSurvivors " adlı beynəlxalq layihədə iştirak edirlər. Layihə 2019- 2020-ci tedris ilini əhatə edir və may ayına qədər davam edəcək.

  <iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...