Türkiyəli həmkarlarımız Arsez Akgüngör və Havva Kurum tərəfindən yaradılan "Live Green, Save Green" eTwiining layihəsində 83 N-li məktəb-liseyin 2 ingilis dili müəllimi Eminova Səbinə və Məmmədova Aybəniz öz şagirdləri ilə iştirak edirlər. "Live Green, Save Green" eTwiining layihəsi digər canlılarla paylaşdığımız ətraf mühiti tanıyaraq, dəyərləndirərək və qoruyaraq ekoloji şüurun artırılmasını hədəfləyən bir layihədir. Layihə 2022-ci ilin fevralında başlayaraq həmin ilin mayında başa çatdı. Layihədə şagirdlər onları əhatə edən canlıları tanıdı, çiçəklər əkərək məktəb bağçalarını gözəlləşdirdi. Layihənin əsas məqsədi ətraf mühitin təmizlənməsi və təkrar emalı ilə ekoloji maarifləndirmə yaratmaq, təbiətə və heyvanlara sevgi aşılamaq olduğu üçün sonda bütün bu fəaliyyətlərlə müəllim və şagirdlərin məqsədlərinə çatdığıni deyə bilərik. Məktəbimizin şagirdləri Türkiyədən və Avropadan olan həmyaşıdları ilə ortaq fəaliyyətlərdə, vebinarlarda iştirak edərək bu məqsədə çata bildilər. Layihədə Azərbaycanla birlikdə Türkiyədən, Polşadan, Xorvatiyadan, Bolqarıstandan, Serbiya və Moldovadan müəllim və şagirdlər iştirak edirdi.İştirakçılara bol keyfiyyət nişanları arzulayırıq.
4 Mayıs 2022 Çarşamba
30 Nisan 2022 Cumartesi
Digital English
Oktyabr ayında Bakıda keçirilən "Media Savadliliği və Dezinformasiya" adlı ikitərəfli seminarda Türkiyənin Giresun şəhərindən olan ingilis dili müəllimi Gülfidan Aydın və Bakı şəhəri , 83 N-li məktəb-liseyin ingilis dili müəllimi Səbinə Eminova ilə birlikdə "Digital English " adlı eTwinning layihəsinin əsasını qoydular. Bu layihənin əsas məqsədi İngilis dilini inkişaf etdirərək müxtəlif veb2.0 alətlərindən istifadə etməklə şagirdlərdə media savadlılığını atrirmaqdır. Layihə noyabr ayında başladı və aprelin sonunadək davam etdi. Burada Azərbaycan, İtaliya, Portuqaliya, Türkiyə, Yunanıstan, Çexiya və Rumıniyadan olan 13 müəllim burada iştirak edirdi. Layihədə şagirdlər müxtəlif veb 2.0 alətlərindən istifadə edərək oyunlar hazırladılar, Avropa ölkələrindən olan həmyaşıdlarının hazırladıqları oyunları oynadılar, Media savadlılığı və Dezinformasıya, internet təhlükəsizliyi haqqında infoqrafiklər yaratdılar, forumda müxtəlif mövzularda fikirlərini bildirdilər, onlayn görüşlərə qatıldılar və bu görüşlər zamanı ingiliscə fikirlərini bildirdilər və əylənərək ingilis dili səviyyələrini artırdılar. Sonda layihə iştirakçıları yenidən eTwinning layihələrinə böyük həvəslə qatılacaqlarını bildirdilər.
5 Mayıs 2021 Çarşamba
eTwinning portalinda tədbirlər seriyası
83 N-li məktəb-liseyin ingilis dili müəlimi Nüşabə Musayeva ard arda müxtəlif tədbirlər həyata keçirmişdir
.https://live.etwinning.net/events/event/208178
19 Nisan 2021 Pazartesi
eTwinning portalında "Dünya Yer Günü"nə aid tədbirimizdən
https://live.etwinning.net/events/event/201458
Tədbirdə müxtəlif ölkələrdən 343 istirakçı var. İştirakçılar öz şagirdləri ilə mövzu üzrə tədbirlər keçirəcək və keçirdikləri tədbirlərdən çəkilmiş fotoşəkilləri aşağıda verilmiş Padlet linkinə əlavə edəcəklər.
22 Mart 2021 Pazartesi
eTwinning Məktəbi
H.Hüseynov adına 83 N-li məktəb-lisey olaraq daha bir uğura imza atdıq. Azərbaycanda 12 məktəb eTwinning Məktəbi nişanı almağa layiq görüldü. Bəs eTwinning Məktəbi nədir? Bu nişanı almağa haqq qazanan məktəblər Avropa səviyyəsində eTwinning üçün nümunə məktəb kimi tanınırlar və təhsilin gələcək inkişafına ilham vermək üçün qabaqcıl məktəblər şəbəkəsini təşkil edirlər. Bu məktəblər eTəhlükəsizlik və rəqəmsal bacarıqlar kimi sahələrdə lider kimi tanınırlar.
2 il bundan əvvəl 2 ingils dili müəllimi Səbinə Eminova və Aybəniz Məmmədovanın iştirakı ilə başlanan eTwinning fəaliyyətlərimizə artiq müxtəlif fənnləri təmsil edən 17 müəllim qoşulmuşdur : Almaz Bayramova, İradə Əliyeva, Fatma Hacıyeva, Mehri Quliyeva, Nüşabə Musayeva, Aysel Məmmədova, Aynur Məmmədova, Aysel Bədəlova, Ədibə Əliyeva, Elgül Mehdixanlı, Gülnarə Məhərrəmova, Lalə Aslanova, Nilufər Rüstəmova, Səma Mədətova, Səyyarə Alıyeva. Məktəbimiz 20 eTwinning proyektində iştirak edir. Proyektlərdə iştirak edən müəllim və şagirdlərimiz 7 Milli və 6 Avropa Keyfiyyət Nişanları ilə təltif olunmuşlar.
Artıq bir neçə aydır ki, davam edən eTwinning Məktəbi seçim müddətində məktəbimizi eTwinning portalında təmsil edən , müxtəlif yaradıcı və yenilikçi proyektlərdə və tədbirlərdə iştirak edən, eTəhlükəsizlik portalında bürünc medal qazanan müəllimlərimizin gərgin əməyi nəticəsində əldə etdiyimiz bu uğurun davamlı olmasını arzulayırıq.
4 Mart 2021 Perşembe
eTwinning live portalında onlayn professional Inkişaf öyrədici tədbiri
Məktəbimizin ingilis dili müəllimləri : Eminova Səbinə və Məmmədova Aybəniz eTwinning live portalında təşkil olunan professional öyrədici tədbirlərdə və seminarlarda fəal iştirak edirlər. Learning Event (Short Online Course) 2021: "Becoming an Inclusive School".
27 Şubat 2021 Cumartesi
"We are ready to live in the Digital World" layihəsində onlayn dərs təqdimatı
27.02.2021 tarixində eTwinning çərçivəsində həyata keçirilən " We are ready to live in the digital world " adlı layihəsində 8ci siniflər üçün Unit 5 "Literature and Books" mövzusunda 83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Eminova Səbinə onlayn açıq dərs keçirdi. Dərsdə Ukrayna, Türkiyə, Gürcüstan və Azərbaycandan müəllim və şagirdlər iştirak edirdi. Şagirdlərdə 21 ci əsr bacarıqlarının inkişaf etdirilməsi və yeni dərsin əyləncəli şəkildə mənimsədilməsi məqsədi ilə dərsdə müxtəlif web 2.0 alətlərindən istifadə edildi. Müxtəlif ölkələrdən olan şagirdlər oyunlar oynayaraq yeni dərsi mənimsədiklərini nümayiş etdirdilər. Onlayn dərs bitdikdən sonra şagird və müəllimlər eTwinning portalında layihənin söhbət otağında yazişaraq dərslə əlaqəli təəssüratlarını bölüşdülər.
Qeyd edək ki, "We are ready to live in the digital world " layihəsi oktyabr ayından etibarən başlanmışdır və dərs ilinin sonuna qədər davam edəcək. Layihənin əsas məqsədi yaşadığımız rəqəmsal dünyada yeni innovativ üsullardan istifadə etməklə 5-9-cu siniflərdə ingilis dili dərslərinin yeni formada təqdim olunması və sonda bütün ingilis dili müəllimlərinin də istifadə edə biləcəyi rəqəmsal kitablar yaratmaqdır. Ukrayna, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya və Azərbaycandan 21 müəllim 257 şagirdin iştirak etdiyi bu eTwinning layihəsində ingilis dili müəllimlərimiz Eminova Səbinə və Məmmədova Aybəniz 8 b sinif şagirdləri ilə birlikdə məktəbimizi təmsil edir.
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...
-
https://live.etwinning.net/events/event/201458 Tədbirdə müxtəlif ölkələrdən 343 istirakçı var. İştirakçılar öz şagirdləri ilə mövzu üzrə...
-
Oktyabr ayında Bakıda keçirilən "Media Savadliliği və Dezinformasiya" adlı ikitərəfli seminarda Türkiyənin Giresun şəhərindən o...
-
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...








































