27 Şubat 2021 Cumartesi

"We are ready to live in the Digital World" layihəsində onlayn dərs təqdimatı

 27.02.2021 tarixində eTwinning çərçivəsində həyata keçirilən " We are ready to live in the digital world " adlı layihəsində 8ci siniflər üçün Unit 5 "Literature and Books" mövzusunda 83 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Eminova Səbinə onlayn açıq dərs keçirdi. Dərsdə Ukrayna, Türkiyə, Gürcüstan və Azərbaycandan müəllim və şagirdlər iştirak edirdi. Şagirdlərdə 21 ci əsr bacarıqlarının inkişaf etdirilməsi və yeni dərsin əyləncəli şəkildə mənimsədilməsi məqsədi ilə dərsdə müxtəlif web 2.0 alətlərindən istifadə edildi. Müxtəlif ölkələrdən olan şagirdlər oyunlar oynayaraq yeni dərsi mənimsədiklərini nümayiş etdirdilər. Onlayn dərs bitdikdən sonra şagird və müəllimlər eTwinning portalında layihənin söhbət otağında yazişaraq dərslə əlaqəli təəssüratlarını bölüşdülər.

Qeyd edək ki, "We are ready to live in the digital world " layihəsi oktyabr ayından etibarən başlanmışdır və dərs ilinin sonuna qədər davam edəcək. Layihənin əsas məqsədi yaşadığımız rəqəmsal dünyada yeni innovativ üsullardan istifadə etməklə 5-9-cu siniflərdə ingilis dili dərslərinin  yeni formada təqdim olunması və sonda bütün ingilis dili müəllimlərinin də istifadə edə biləcəyi rəqəmsal kitablar yaratmaqdır. Ukrayna, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya və Azərbaycandan  21 müəllim 257 şagirdin iştirak etdiyi bu eTwinning layihəsində ingilis dili müəllimlərimiz Eminova Səbinə və Məmmədova Aybəniz 8 b sinif şagirdləri ilə birlikdə məktəbimizi təmsil edir.































25 Şubat 2021 Perşembe

Şagird dəyərləndirmə vebinarı (Start Writing No Matter What)

 Oktyabr ayında başlanmış  və Türkiyə, Azərbaycan, Polşa, Portuqaliya, Ukrayna, İspaniya , Rumıniyadan  14 müəllim və 120  şagirdin iştirak etdiyi "Start Writing No Matter What" eTwinning layihəsinin  son şagird dəyərləndirmə vebinarları  keçirildi. Əvvəlki vebinarlarda alınmış qərara əsasən müəllimlər müxtəlif ölkələrdən olan qarışıq komandalara mentor təyin edilmişdi və hər müəllim öz komandası üçün dəyərləndirmə vebinarı təşkil etdi. Qeyd etmək lazımdır ki, bu layihənin məqsədi ingilis dilində yazı bacarıqlarının inkişaf etdirilməsidir. Layihə boyunca şagirdlər müxtəlif web 2.0 alətlərindən istifadə edərək ortaq hekayələr, gündəlik, dostlarına məktublar və s. yazaraq öz yazı bacarıqlarını artırdılar. Bu vebinarların nəticələrinə görə şagirdlərimizin yalniz yazı deyil, həm də dinləmə, oxu və danışıq bacarıqlarının inkişaf etdiyinin şahidi olduq. Onlar bu layihədə iştirak etdikləri və müxtəlif ölkələrdən yeni dostlar qazandıqları üçün xoşbəxt olduqlarını söylədilər. Sonda şagirdlər yeni eTwinning layihələrində iştirak etmək istədiklərini bildirdilər.


 

5 Şubat 2021 Cuma

eTəhlükəsizlik vebinarı

 Quruculuğunu 83N-li məktəb-liseyin İngilis dili müəllimi Səbinə Eminova və Türkiyənin Şeyx Edebalı Universitesi Anaokulu müəllimi Zeliha Gürün birlikdə həyata keçirdiyi "Art with Web 2.0 in my class" eTwinning layihəsində Türkiyə və Azərbaycandan 7 müəllim iştirak edir. Layihə çərçivəsində bu gün "9 Fevral Təhlükəsiz Internet Günü" ilə bağlı müəllim, valideyn, şagird vebinarı həyata keçirdik. Vebinarda valideyn və şagirdlərə texnologiyadan bu qədər çox istifadə etdiyimiz bir dövrdə internetdən gələn təhlükələr haqda məlumat verildi. Qeyd olundu ki,  əllərindən tablet, telefon və kompüter düşməyən uşaqlara bu  alətlərdən şüurlu istifadə etməyi öyrətmək çox vacibdir. Tədbirdə Türkiyə və Azərbaycandan olan müəllimlər , şagirdlər və onların valideynləri iştirak etdilər. Şagirdlərimizə internetdən təhlükəsiz istifadə ilə bağlı videolar nümayiş etdirildi. Sonda hər iki ölkədən olan şagirdlərimiz internet təhlükəsizliyi mövzusunda çəkdiyi şəkilləri və boyamalari göstərdilər. Qeyd edək ki, bu layihədə məktəbimizin 1b və 2b sinif şagirdləri fəal iştirak edirlər.





  <iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...