Oktyabr ayında başlanmış və Türkiyə, Azərbaycan, Polşa, Portuqaliya, Ukrayna, İspaniya , Rumıniyadan 14 müəllim və 120 şagirdin iştirak etdiyi "Start Writing No Matter What" eTwinning layihəsinin son şagird dəyərləndirmə vebinarları keçirildi. Əvvəlki vebinarlarda alınmış qərara əsasən müəllimlər müxtəlif ölkələrdən olan qarışıq komandalara mentor təyin edilmişdi və hər müəllim öz komandası üçün dəyərləndirmə vebinarı təşkil etdi. Qeyd etmək lazımdır ki, bu layihənin məqsədi ingilis dilində yazı bacarıqlarının inkişaf etdirilməsidir. Layihə boyunca şagirdlər müxtəlif web 2.0 alətlərindən istifadə edərək ortaq hekayələr, gündəlik, dostlarına məktublar və s. yazaraq öz yazı bacarıqlarını artırdılar. Bu vebinarların nəticələrinə görə şagirdlərimizin yalniz yazı deyil, həm də dinləmə, oxu və danışıq bacarıqlarının inkişaf etdiyinin şahidi olduq. Onlar bu layihədə iştirak etdikləri və müxtəlif ölkələrdən yeni dostlar qazandıqları üçün xoşbəxt olduqlarını söylədilər. Sonda şagirdlər yeni eTwinning layihələrində iştirak etmək istədiklərini bildirdilər.
Kaydol:
Kayıt Yorumları (Atom)
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...
-
https://live.etwinning.net/events/event/201458 Tədbirdə müxtəlif ölkələrdən 343 istirakçı var. İştirakçılar öz şagirdləri ilə mövzu üzrə...
-
27.02.2021 tarixində eTwinning çərçivəsində həyata keçirilən " We are ready to live in the digital world " adlı layihəsində 8ci s...
-
Oktyabr ayında Bakıda keçirilən "Media Savadliliği və Dezinformasiya" adlı ikitərəfli seminarda Türkiyənin Giresun şəhərindən o...

Hiç yorum yok:
Yorum Gönder