Quruculuğunu 83N-li məktəb-liseyin İngilis dili müəllimi Səbinə Eminova və Türkiyənin Şeyx Edebalı Universitesi Anaokulu müəllimi Zeliha Gürün birlikdə həyata keçirdiyi "Art with Web 2.0 in my class" eTwinning layihəsində Türkiyə və Azərbaycandan 7 müəllim iştirak edir. Layihə çərçivəsində bu gün "9 Fevral Təhlükəsiz Internet Günü" ilə bağlı müəllim, valideyn, şagird vebinarı həyata keçirdik. Vebinarda valideyn və şagirdlərə texnologiyadan bu qədər çox istifadə etdiyimiz bir dövrdə internetdən gələn təhlükələr haqda məlumat verildi. Qeyd olundu ki, əllərindən tablet, telefon və kompüter düşməyən uşaqlara bu alətlərdən şüurlu istifadə etməyi öyrətmək çox vacibdir. Tədbirdə Türkiyə və Azərbaycandan olan müəllimlər , şagirdlər və onların valideynləri iştirak etdilər. Şagirdlərimizə internetdən təhlükəsiz istifadə ilə bağlı videolar nümayiş etdirildi. Sonda hər iki ölkədən olan şagirdlərimiz internet təhlükəsizliyi mövzusunda çəkdiyi şəkilləri və boyamalari göstərdilər. Qeyd edək ki, bu layihədə məktəbimizin 1b və 2b sinif şagirdləri fəal iştirak edirlər.
Kaydol:
Kayıt Yorumları (Atom)
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3Dpfbid0wE...
-
https://live.etwinning.net/events/event/201458 Tədbirdə müxtəlif ölkələrdən 343 istirakçı var. İştirakçılar öz şagirdləri ilə mövzu üzrə...
-
27.02.2021 tarixində eTwinning çərçivəsində həyata keçirilən " We are ready to live in the digital world " adlı layihəsində 8ci s...
-
Oktyabr ayında Bakıda keçirilən "Media Savadliliği və Dezinformasiya" adlı ikitərəfli seminarda Türkiyənin Giresun şəhərindən o...



Hiç yorum yok:
Yorum Gönder